"Misirdə turist kruiz laynerində işləyən 12 Misir vətəndaşında koronavirus aşkar edilib".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid deyib.
Onun sözlərinə görə, Asuan-Luksor reysi üzrə hərəkət edən kruiz laynerində tayvanlı turist koronavirusa yoluxub. Bu məlumatdan sonra laynerdə olan misirlilər yoxlamadan keçirilib və onların 12-də virus aşkarlanıb.
Sözügedən şəxslər xəstəxanaya yerləşdirilib. Laynerdə olan digər şəxslər 14 günlük karantinə alınıb.
Qeyd edək ki, buna qədər Misirdə 3 yoluxma halı qeydə alınmışdı.
Milli.Az