Dünya

Yeni infeksiya yayılır - İtlərdən keçir

8 Dekabr 2025 20:30
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Karolina Ştat Universitetinin alimləri itlərdə insana potensial təhlükə yarada biləcək yeni bakteriya növü müəyyən ediblər.

Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Emerging Infectious Diseases" (EID) jurnalında dərc olunub.

Mütəxəssislər bakteriyanı beşiyəbənzər ləkəli qızdırma kimi tanınan Amerikanın dağlıq bölgələrində yayılan kəskin infeksiyanı xatırladan simptomlarla klinikaya gətirilmiş itdə aşkar edib.

Bu xəstəlik adətən gənə dişləməsi ilə yayılır və yüksək hərarət, baş ağrısı, daha sonra isə səpkilərlə müşahidə olunur. Bəzi hallarda əzələ ağrıları və qusma da qeyd edilir, sağaldıqdan sonra isə uzunmüddətli fəsadların yarana biləcəyi vurğulanır.

Tədqiqatçılar bildirir ki, bu tip infeksiyalar insanlarda əsasən mart-sentyabr aylarında rast gəlinir. Bunun səbəbi həmin dövrdə böyümüş gənələrin fəal olması və insanların gənələrlə daha çox təmasda qalmasıdır.

Genetik analiz nəticəsində xəstəliyin səbəbinin yeni növü olduğu müəyyən edilib. Alimlər onu bakteriyanın aşkarlandığı itin şərəfinə "Rickettsia finnyi" adlandırıb.

Yeni bakteriyanın ehtimal edilən daşıyıcısı kimi ABŞ-nin cənub-şərq bölgəsində yayılan "ulduzlu gənə" göstərilir. Bu gənənin arealı infeksiyaya yoluxmuş itlərin aşkarlandığı ərazilərlə üst-üstə düşür.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.