Dünya

"Avrovision-2020" koronavirusa görə onlayn keçirilə bilər - Prodüser

6 Mart 2020 20:24
0 Şərh     Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avrovision-2020" Beynəlxalq Mahnı Festivalı bu il onlayn-formatda keçirilə bilər, çünki koronavirus kimi sürətlə yayılan epidemiya ilə zarafat etmək olmaz.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, belə bir fikirlə rusiyalı prodüser İosif Priqojin çıxış edib.

Daha öncə mahnı festivalının təşkilatçılarının koronavirusla bağlı müxtəlif mümkün ssenarilər üzərində işlədikləri barədə xəbərlər yayılmışdı. Lakin bu məsələ ilə bağlı təşkilatçılar tərəfində hələ rəsmi qərar olmayıb.

Qeyd edək ki, "Avrovision-2020" mayın 12-16-da Rotterdamda keçirilməlidir.

Xatırladaq edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.