Dünya

Əfqanıstanda baş nazirin olduğu tədbirə hücum zamanı ölənlərin sayı 30-u keçib - YENİLƏNİB

6 Mart 2020 13:58
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:58

Əfqanıstanın paytaxtı Kabildə baş nazirin olduğu tədbirə hücum zamanı 23 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum zamanı bir müddət atışma qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananların sayının artması istisna olunmur.

Qeyd edək ki, Kabildə baş nazir Abdulla Abdullanın olduğu tədbirə hücum olub. Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və xəsarət almayıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

---------
12:30

Əfqanıstanda baş nazir Abdulla Abdullanın olduğu tədbirə hücum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxslər tədbir zamanı atəş açıb.

Qeyd olunur ki, baş nazir hadisə yerindən uzaqlaşdırılıb və xəsarət almayıb. Hər hansı bir itkinin olması barədə məlumat verilməyib.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.