Dünya

Almaniyada təhlükəli qrip epidemiyası yayılmağa başlayıb

6 Mart 2020 07:07
2 Şərh     Baxış: 1 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada təhlükəli qrip epidemiyası yayılmağa başlayıb və virusun yayılması xeyli sayda insanların ölməsi ilə nəticələnib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yayılan virus təkcə bu ölkədə 202 nəfərin ölümünə səbəb olub və ölənlərin 87 faizi yaşı altmışdan yuxarı olanlardır.

Qeyd edək ki, ümumilikdə laboratoriya şəraitində təsdiq olunmuş virusa yoluxanların sayı 119.280 nəfərdir. Əslində adı çəkilən epidemiyaya yoluxanların ümumi sayının daha artıq olduğu ehtimal edilir, çünki yuxarıda qeyd edilən rəqəm yalnız xəstəxanaya müraciət etmiş xəstələrin qeydiyyatı əsasında müəyyənləşdirilib. Uşaq bağçalarında, xəstəxanalarda virusun yayılma riski daha yüksək olduğu bildirilir. Robert Koch Elmi Tədqiqat İnstitutu adı çəkilən qrip virusunun ilk dəfə keçən ilin payızında Almaniyada müşahidə olunduğunu bildirib və son bir neçə həftədə virusa yoluxanların sayının kəskin artdığı bildirilir.

Qripə yoluxanlar bu xəstəliyi o qədər ağır keçirirlər ki, onların 17 faizi bununla əlaqədar xəstəxanaya müraciət edirlər və son bir həftədə 18.862 nəfərin adı çəkilən virusa yoluxduğu rəsmi olaraq təsdiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.