Dünya

İstanbuldan uçan təyyarədə koronavirus tapıldı - Sərnişinlər karantinə alındı

5 Mart 2020 08:51
3 Şərh     Baxış: 4 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbuldan Sinqapura uçan Türk Hava Yollarına məxsus təyyarədə sərnişinlərin birində koronavirus tapılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi açıqlama yayıb. Sərnişinlərdən birinin koronavirus analizinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən TK55 laynerinin digər sərnişinləri karantin altına alınıb. Məsələ ilə bağlı Türkiyənin Sinqapurdakı səfirliyi xəbərdar edilib.

Qeyd edək ki, indiyədək Sinqapurda 110 nəfərdə koronavirus tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.