Çində koronavirus epidemiyası ilə bağlı prokurorluq orqanları tərəfindən 6 min 428 cinayət işi başlanılıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Çin Ali Xalq Prokurorluğu 8 min 595 nəfəri şübhəli şəxs qismində cinayət işinə cəlb edib. Onlardan 1826 nəfəri haqqında həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, sözügedən cinayət işləri virusun yayılmasına qarşı qabaqlayıcı və nəzarət tədbirlərini pozmaq, dövlət qurumlarının işinə mane olmaq, saxta məhsullar istehsalı və satışı ilə bağlıdır. Bundan başqa, 605 cinayət işi vəhşi heyvanların ovlanması və satışı ilə əlaqədardır.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 80 mini ötüb. Bu virus səbəbindən ölənlərin sayı isə 2 min 984 nəfərə çatıb.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                        .png) 
                        .png) 
                        .jpg) 
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                         
                         
                         
                        