Dünya

"Özlərini türk hesab etməyənlər Türkiyədən rədd olub getsin... ermənilər də!" - FOTO

4 Mart 2020 20:34
11 Şərh     Baxış: 2 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin televiziya kanallarından birinin aparıcısı, özlərini əcnəbi hesab edən ölkə sakinlərini Türkiyəni tərk etməyə çağırıb.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Efirdə aparıcı Suriya ordusunun iştirakı ilə Suriyanın İdlib şəhərində baş verən hərbi qarşıdurmalar mövzusuna toxunub.

Bu ölkənin onların vətəni olmadığına, bu millətin onlara məxsus olmadığına inananlar ola bilər. Onlar üçün yaxşı bir fürsət var. İndi sərhədlər qaçqınlar üçün açıqdır. Siz də fürsətdən istifadə edərək qaçqın kimi ölkəni tərk edə bilərsiniz.

"Mən bu ölkənin oğlu deyiləm", "Mən erməniyəm", "Mən rusun nəvəsiyəm", "Almanın oğluyam", "İngilisin nəvəsiyəm" deyə bilərsiniz.

"Əgər belədirsə, onda qapı açıqdır - rədd olub gedin!". Nəşr aparıcıdan sitat gətirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.