Dünya

Avstraliyanın Associated Press agentliyi bağlanır

4 Mart 2020 21:23
0 Şərh     Baxış: 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Associated Press (AAP) milli xəbər agentliyi 85 illik fəaliyyətdən sonra bağlanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, agentliyin baş redaktoru Tony Gillies "Twitter"də yaydığı açıqlamada agentliyin bağlanmasını "ən üzücü gün" olaraq dəyərləndirib. AAP-ın baş icraçı direktoru Bruce Davidson prosesin iyun ayının sonunda başa çatacağını qeyd edib.

Agentliyin ölkənin bütün əyalətlərində 170-dən çox işçisi, eləcə də Yeni Zelandiya, London və Los-Ancelesdə müxbirləri vardı. AAP, News Corp. media qrupunun banisi Rupert Murdochun atası Keith Murdoch tərəfindən 1935-ci ildə qurulmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.