Dünya

Bu ölkədə yeni koronavirusa yoluxanların sayı 5,3 mini keçib.

4 Mart 2020 08:52
0 Şərh     Baxış: 1 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koreya Respublikasında koronavirusa yoluxma hallarının sayı ötən gün ərzində 516 nəfər yüksələrək 5328-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Ölənlərin ümumi sayı 32-yə çatıb.

Mərkəz bildirir ki, yeni yoluxma hallarının 405-i Tequ şəhərində, 89-u isə Kensan-Pukto əyalətlərində baş verib. Cənubi Koreyanın paytaxtı Seulda bir, Pusan şəhərində isə üç yeni yoluxma hadisə qeydə alınıb. 41 nəfər tam sağalaraq xəstəxanalardan buraxılıb. Karantinə 28,4 min nəfər yerləşdirilib.

Son həftə Koreya Respublikasında yoluxma hadisələrinin sayının kəskin artması müşahidə olunur. Bununla əlaqədar olaraq ölkə hökuməti məktəblərdə tədris ilinin başlanğıcını martın 23-nə qədər təxirə salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.