Dünya

Metroda gediş haqqı artırıldı - Tehranda

3 Mart 2020 16:55
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran paytaxtı Tehran şəhərində metronun gediş haqqının 25% artırılması ilə bağlı qərar qəbul edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar Tehran şəhər bələdiyyəsində keçirilən iclasda qəbul edilib. 

Qərara əsasən, Tehran şəhəri daxilində metro ilə gediş haqqı 15 min rial (təxminən 0,34 dollar), Tehran ətrafına gediş haqqı isə 18 min rial (təxminən 0,42 dollar) nəzərdə tutulub.

Qərarda qeyd olunur ki, Tehrandan Əlborz vilayətində Həştgerd şəhərinə metro ilə gediş-gəliş (təxminən 60 kilometr) 50 min rial (təxminən 1,19 dollar) nəzərdə tutulub.

Qeyd edək ki, İranın Tehran şəhərinin digər ictimai nəqliyyat vasitələrində də gediş haqqının artırılması ilə əlaqədar təkliflər hazırlanır. İranda 2018-ci ildə baş verən güclü devalvasiya, ardınca noyabr ayında ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi bir sıra problemlərə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.