Dünya

Bu şəhərdə koronavirusun yayılması təhlükəsi səbəbi ilə nəzarət gücləndirilir

2 Mart 2020 23:05
1 Şərh     Baxış: 2 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estoniyanın paytaxtı Tallində koronavirus şübhəsi ilə təcili tibbi yardıma edilən çağırışlara üç nəfərlik təcili yardım qrupuna əlavə olaraq bir tibb işçisindən və sanitardan ibarət xidmət qrupu da qoşulacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iki nəfərdən ibarət heyət hər gün saat 10:00-dan 18:00-dək xidmət göstərəcək, qalan vaxt isə təcili tibbi yardım üç nəfərdən ibarət adi heyətlə çalışacaq.

Hava limanı və dəniz limanı kimi ictimai yerlərə üçnəfərlik heyət bütün sutka ərzində növbə çəkəcək. Koronavirusa yoluxma şübhəsi olan insanlar xəstəxanalara yerləşdiriləcək.

Təcili yardım qrupları siqnal mərkəzinə daxil olan məlumatlar əsasında çağırışlara gedəcəklər.

Nümunələr üzrə analizlər ölkənin Səhiyyə Departamentinin laboratoriyasına aparılacaq.

Analizlərin nəticələri barədə xəstəxananın baş növbətçisinə məruzə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.