Dünya

Kipr üç xarici sərmayəçidən "qızıl pasportları"nı geri alır

2 Mart 2020 21:21
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kipr hökuməti adları açıqlanmayan üç xarici investora verilən vətəndaşlığını geri alır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kiprin nüfuzlu qəzeti "Phileleftheros" məlumat yayıb. Qeyd olunur ki, vətəndaşlığı ləğv olunacaq şəxslərin siyahısını Daxili İşlər naziri Nikos Nuris verib. Qərar əsaslı yoxlamalardan sonra qəbul edilib.

Bildirilir ki, ümumiyyətlə yaxın zamanlarda Kipr vətəndaşlığını ümumilikdə 29 xarici investor itirəcək.

Qeyd edək ki, keçən il Avropa Komissiyası Kipr hökumətinə ölkəyə investisiya edilmə vasitəsilə verilən vətəndaşlıqlar zamanı sui- istifadənin baş verməsi barədə məlumat verib və 26 sərmayəçinin vətəndaşlığının ləğv olunmasını xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.