Dünya

İranın Məsləhət Şurasının üzvü koronavirusdan öldü

2 Mart 2020 12:06
0 Şərh     Baxış: 3 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Məsləhət Şurasının (Expediency Discernment Council) üzvü Məhəmməd Mirməhəmmədi yeni koronavirusa yoluxması nəticəsində vəfat edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda İran KİV-i məlumat verib.

İranın Məsləhət Şurasının üzvü Tehranda yeni koronavirusla əlaqədar nəzərdə tutulan Məsih Daneşvəri xəstəxanasında müalicə alırdı.

Qeyd edək ki, İranda indiyədək 978 nəfər yeni koronavirusa yoluxub, 54 nəfər ölüb. İran parlamentinin 5 deputatı, səhiyyə nazirinin müavini, prezidentin müavini virusa yoluxanlar arasındadır. İranın Vatikandakı sabiq səfiri və bir neçə məşhur şəxs bu virus nəticəsində vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.