Dünya

Çində koronavirus qurbanlarının sayı 2912-ə çatıb

2 Mart 2020 08:39
0 Şərh     Baxış: 1 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Materik Çində yeni koronavirusla yoluxma hallarının sayı 80,026-a çatıb, onlardan 2912 nəfər ölüb, 44 462 nəfər sağalıb və evə buraxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi bildirib.

Hakimiyyət orqanları ümumi saydan 32 652 nəfərin hazırda koronavirusdan xəstələndiyini də bildirdi.

Ötən gün ərzində ölkə daxilində 202 yeni yoluxma hadisəsi aşkarlanıb, 2837 nəfər xəstəxanadan buraxılıb, 42 nəfər ölüb - hamısı Hubey əyalətində.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.