Dünya

İspaniyada yeni növ koronavirusa yoluxanların sayı artıb

1 Mart 2020 10:50
0 Şərh     Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada yeni növ koronavirusa yoluxanların sayı 58 nəfərə çatıb.

Milli.Az bildirir ki, Trend-in "Mundo" nəşrinə istinadən verdiyi məlumata görə, Valensiyada 15, Madrid muxtar birliyində - 10, Andalusiya muxtar birliyində - 10, Kanar adalarında - 7, Kataloniyada - 6, Basklar ölkəsində - 3, Kastiliya və Leonda - 2, Balear adalarında - 2, Asturiyada - 1, Kantabriyada - 1, Navarrada - 1 yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, ötən gün İtaliyanın səhiyyə nazirliyi 46 nəfərin yoluxduğunu bildirirdi.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.