Dünya

Bolqarıstan Türkiyə ilə sərhəddə nəzarəti gücləndirir

29 Fevral 2020 22:04
1 Şərh     Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstan Türkiyə hökumətinin miqrantların Avropa İttifaqına üzv ölkələrə getmələrinə mane olmayacağı ilə bağlı qərarından sonra iki dövlət arasında sərhəddə nəzarəti gücləndirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Baş Naziri Boyko Borisov məlumat verib.

O, çoxlu sayda qaçqının Bolqarıstana daxil olmaq təhlükəsi ilə əlaqədar Türkiyə və NATO arasında danışıqların aparılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Türkiyənin qaçqınların Avropa İttifaqı məkanına daxil olmasının qarşısını almayacağı ilə bağlı qərarı həmsərhəd ölkələri təşvişə salıb. Həmin ölkələr sərhəd mühafizə tədbirlərini möhkəmləndirmək üçün əlavə tədbirlər görməyə başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.