Dünya

İranda koronavirusdan ölənlərin sayı 43-ə çatdı

29 Fevral 2020 17:30
5 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yeni koronavirusun (Covid 19) yayılması nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 9 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 593 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutkada daha 205 nəfər bu virusa yoluxub. Sağalanların sayı isə 123-ə çatıb.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 388 nəfərin yeni koronavirusa yoluxduğunu, 34 nəfərin dünyasını dəyişdiyini, 73 nəfərin sağaldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.