Dünya

"Sutkada 900 nəfər insan koronavirusa yoluxur" - ölkələrə müraciət edildi

29 Fevral 2020 23:25
0 Şərh     Baxış: 2 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya ölkələri təcili olaraq koronavirusla mübairizədə hazırlıq səviyyələrini yüksəltməlidir.

Hazırda Çindən kənar 33 ölkədə koronavirus aşkarlanıb, bütün dünyada 80300 nəfər insanda virus tapılıb, hər sutka ərzində 900-ə yaxın yeni xəstə aşkarlanır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ÜST ekspertlər qrupunun rəhbəri Bryus Eylvort bildirib ki, ölkələr koronavirus aşkarlandığı gündən yüksək dərəcəli, müasir diaqnostika və müalicə metodlarından istifadə olunmalıdır.

"Çin ilk başda ciddi yanaşmayıb, ənənəvi metodlarla mübarizə apardı və burda uğursuzluğunu tez də anladı. Ona görə virus qısa müddətdə masştabını genişləndirdi.

Lakin Çin hökuməti və səhiyyəsinin qısa müddətdə kursu dəyişməsi və yoluxanları ciddi izolyasiya etməsi, onların kontaktda olduğu adamları üzə çıxarması, əhalinin kollektiv şəkildə bu mübarizəyə qoşulması, qısa müddətdə ayrıca xəstəxananın hazırlanması yoluxma və ölüm göstəricilərini azaltdı".

Biz yeni epidemiya ilə üz-üzəyik, bu virus sürətlə müxtəlif yerlərdə üzə çıxır, biz epidemiyanı çox qısa müddətdə likvidasiya etməliyik ki, pandemiyanın qarşısını alaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.