Dünya

Çin koronavirusla mübarizə üçün İrana qrup göndərdi

29 Fevral 2020 14:24
3 Şərh     Baxış: 2 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin koronavirusla mübarizə məqsədilə İrana xüsusi qrup ezam edib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, qrupun qarşısına qoyulan əsas məqsəd virusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsində İran tərəfinə lazımi köməyi göstərməkdir.

Daha öncə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığı zamanı Tehrana koronavirusla mübarizədə fəal dətək göstərilməsini təklif etmişdi. Van İ Pekin və Tehranın birgə səylər sayəsində qarşıya çıxan bu çətinliyin öhdəsindən gələ biləcəklərinə əminliyini vurğulamışdı.

İranda hazırda 400-ə yaxın şəxsin koronavirusa yoluxduğu, 34 nəfərin isə öldüyü bildirilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.