Dünya

İSESKO İslam aləmində 2050-ci ilədək mükəmməl təhsil proqramını təqdim edib

29 Fevral 2020 07:14
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İSESKO-nun baş direktoru Salim Əl-Malik cari ilin sonunda İslam aləmində 2050-ci ilədək mükəmməl təhsil proqramına start veriləcəyini elan edib. O, dünyanın hər yerindən tədqiqatçıları bu proqrama dəstək göstərməyə çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "İSESKO-nun proqnozlaşdırma proqramı" adlanan yeni təşəbbüs beynəlxalq proqnozlaşdırma mərkəzləri ilə birlikdə gənc alimlər üçün təlimlər, konfranslar keçirilməsini nəzərdə tutur. Təşkilatın baş direktoru Almaniyanın Konrad Adenauer Fondu illə birgə təşkil etdiyi Gələcək Forumunda bildirib ki, yeni proqram dünyanın müxtəlif ölkələrindən 30 ekspertin iştirakı ilə təhsildə süni intellektdən istifadəni də ehtiva edir. Onun sözlərinə görə, İSESKO yeni layihələrin dəstəklənməsində mühüm rol oynayacaq və İslam aləmində yeni texnologiyalara əsaslanan təhsilin habına çevriləcək.

Baş direktor əlavə edib ki, proqramın yerinə yetirilməsi gedişini təhlil etmək və layihələri qiymətləndirmək məqsədilə Gələcək Forumunun hər il keçirilməsi və bu ilin iyununda "Gələcəyin Karyerası Forumu"nun təşkili nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.