Dünya

Türkiyə Suriya ordusuna cavab zərbələri endirir

28 Fevral 2020 08:33
1 Şərh     Baxış: 1 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin əsgərlərini atəşə tutulmasına cavab olaraq türk hərbçiləri Suriya ordusunun mövqelərinə zərbələr endirirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun deyib:

"Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyada fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək".

Xatırladaq ki, İdlibdə Suriya hakimiyyət rejiminin qoşunlarının aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 29 əsgəri şəhid olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.