Dünya

Maas İranı dərhal BHFP-nin tam icrasına qayıtmağa çağırıb

27 Fevral 2020 09:26
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verən ən yaxşı mexanizm olaraq qalır, Tehran dərhal onun icrasına qayıtmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

H.Maas bildirib: "Biz İrandan öz öhdəliklərini tam yerinə yetirməsini gözləyirik. Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahı əldə etməyinin qarşısını alan ən yaxşı və yeganə potensial vasitə olaraq qalır".

Nazir əlavə edib ki, Avropa BHFP-nin saxlanılmasında öz rolunu oynayır: "Lakin İran da eyni şeyi etməlidir və dərhal öhdəliklərin tam icrasına qayıtmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.