Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bütün təxliyə olunanlar iki həftə müddətində karantində saxlanacaq.
Qeyd edək ki, Türkiyə vətəndaşların təxliyə olunmasının mümkünlüyünü bir neçə gün əvvəl nəzərdən keçirdiyini açıqlamışdı.
Hazırda İranda koronavirusa yoluxanların sayı 95 nəfərə çatıb.
Milli.Az