Dünya

Avropa Məhkəməsi Yunanıstanda qapalı qaçqın düşərgələrini inşa etməyə icazə verib

24 Fevral 2020 23:00
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Yunanıstanda qapalı tipli düşərgələrin inşa olunmasını qadağan etmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məhkəmənin sədri Linos-Aleksandr Sitsilianos məlumat verib.

O deyib ki, Avropa İnsan Hüquqları Konvensiyasının insan hüquqları barədə 5-ci maddəsinə əsasən bu tipli düşərgələrdən istifadə etmək olar.

Qeyd edək ki, Yunanıstan hökuməti Egey adalarında yerli əhalinin narazılığı ilə əlaqədar müvəqqəti qapalı tipli düşərgələrin inşasını dayandırıb. Hökumət Lesbos, Xios, Leros və Kos adalarında düşərgələri mühafizəli qapalı tipli düşərgələrlə əvəz etmək niyyətindədir. Artıq bu məqsəd üçün torpaq sahələri də ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.