Dünya

İranda koronavirusla mübarizəyə vəsait ayrılıb

24 Fevral 2020 10:50
5 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yeni koronavirusla mübarizə istiqamətində 5,3 trilyon rial (təxminən 126 milyon dollar) vəsait ayrılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Plan və Büdcə Təşkilatının sədri Məhəmməd Baqir Nobəxt "Twitter" səhifəsində yazıb.

M.Nobəxtin sözlərinə görə, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki ilə danışıqlar aparılıb və vəsait nazirliyə ödənilib.

Nobəxt əlavə edib ki, hökumət koronavirusla mübarizə aparmaq və onun yayılmasının qarşısını almaq üçün maliyyə yardımları göstərməyə hazırdır.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirusa 43 nəfərin yoluxduğunu və 8 nəfərin öldüyünü təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.