Dünya

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artıb

24 Fevral 2020 08:21
0 Şərh     Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada yeni növ koronavirusa yoluxanların sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yaponiyada "Diamond Princess" kruiz gəmisindən təxliyə edilən 32 nəfərdən 4-də yeni növ koronavirus aşkar edilib.

Ümumilikdə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Böyük Britaniya Yaponiyanın İokoqama limanında olan "Diamond Princess" kruiz gəmisindən 32 öz və Avropa ölkələrinin vətəndaşını təxliyə edib.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 77042 nəfərə çatıb, onlardan 2445 nəfəri ölüb, 22,8 mindən artıq insan isə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.