Dünya

Avropada koronavirusdan ikinci ölüm hadisəsi qeydə alınıb

22 Fevral 2020 11:49
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Padova şəhərində koronavirusa yoluxan 78 yaşlı kişi ölüb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Veneto bölgəsinin qubernatoru Luk Dzayyu açıqlama verib.

Bu, Avropada karonavirusdan ikinci, İtaliyada isə birinci ölüm hadisəsidir.  

Mərhumun hansı şəraitdə virusa yoluxduğu hələlik dəqiqləşdirilməyib. 

RİA Novosti-nin yaydığı məlumatda isə bildirilib ki, ölən şəxsin 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Avropada koronavirusdan ilk ölüm hadisəsi fevralın 15-də Fransada qeydə alınıb. Yanvar ayının ortalarında Çinin Hubey əyalətindən gələn 80 yaşlı kişi bu xəstəlikdən ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.