Dünya

Şəhər meri əhaliyə çağırış etdi - Evinizdən çölə çıxmayın

21 Fevral 2020 20:24
0 Şərh     Baxış: 2 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2,5 milyon əhalisi olan Cənubi Koreyanın Tequ şəhərinin meri sakinlərə koronavirusa yoluxmamaq üçün evlərini tərk etməməyə çağırıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, şəhər meri Kvon En Çjin televiziya  vasitəsi ilə Tequ şəhər əhalisinə müraciət edib. Belə bir müracitin edilməsinə səbəb isə Tequ şəhərində və ona yaxın  yaşayış məntəqələrində bir sutka ərzində daha 35 nəfərin yeni koronavirusa yoluxma  halının qeydə alınması olub.

Şəhər meri insanlara hətta qapalı  şəraitdə maska daşımağı tövsiyyə edib. Mer eyni zamanda koronavirusun sürətlə yayılmasının qarşıısnın alınması məqsədi ilə Cənubi Koreya hakimiyyətinə də çağırış edib.

Tequ şəhəri Seuldan 300 km cənub-şərqdə yerləşir. Cənubi Koreyada 82 nəfərin koronavirusa yoluxudğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.