Dünya

Özbəkistan, Tacikistan və İran Buxara urialının nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınmasını təklif ediblər

21 Fevral 2020 07:48
1 Şərh     Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan, Tacikistan və İran Buxara urialının (Buxara qoçu) nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil edilməsi təklifi ilə BMT-yə müraciət ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ay Hindistanda keçiriləcək ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda bu məsələ öz həllini tapacaq. Urialın nəsli kəsilməkdə olan heyvanlar sırasına daxil edilməsi bu heyvanları qorumaq üçün xüsusi proqramların həyata keçirilməsinə imkan verəcək.

Buxara urialına daha çox Özbəkistan-Tacikistan, İran-Türkiyə, Pakistan-Hindistan sərhədlərində rast gəlmək olur. Onlar daim yerlərini dəyişirlər.

BMT-nin məlumatına görə, keşmiş SSRİ dövründə Mərkəzi Asiya ölkələrində minlərlə urial olub.

Otlaqların azalması, insan faktoru, canavarların və başqa vəhşilərin onlara hücumu Buxara urialının nəslinin kəsilməsinə səbəb olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.