Dünya

Çin uğurla 4 eksperimental peyk buraxdı

20 Fevral 2020 09:00
1 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin fevralın 20-də dörd eksperimental peykini orbitə buraxdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) xəbər verib.

Peyklərin buraxılması yerli vaxtla 05:07-də Siçuanın cənub-qərbindəki kosmodromdan Çenjen-2D (CZ-2D) raket daşıyıcısının vasitəsi ilə reallaşdırılıb.

Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də ayın kəşfiyyatı üçün texnologiyalar inkişaf etdirərək milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.