Dünya

Ət konservlərində antibiotiklər və at DNT-si aşkar edilib

19 Fevral 2020 07:48
1 Şərh     Baxış: 2 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Keyfiyyət Sistemi" şirkəti ("Roskaçestvo") portlədilmiş ət konservlərində ("tuşyonka") antibiotiklər və at DNT-si aşkar edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın yaydığı məlumata görə, ekspertlər Rusiyada istehsal olunan 23 ticarət markasının məhsullarını yoxlayıblar. Məlum olub ki, 5 ticarət markasının məhsullarına antibiotiklər qatılıb. Mal əti konservlərinin 6 markasında donuz, üçündə toyuq, birində isə at DNT-si aşkarlanıb. Tədqiqat zamanı 7 markada ət bulyonunun 50 faiz su ilə qarışdırıldığı üzə çıxıb.

Eyni zamanda, təşkilat ət konservlərinin mikrobioloji göstəricilərində pozuntu aşkar etməyiblər. Belə ki, konservlərin tərkibində kif, maya, patogen mikroorqanizmlər, bakteriyalar tapılmadığı üçün təşkilat ət konservlərini təhlükəsiz hesab edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.