Dünya

Rusiyada həkim İİV daşıyıcısı olan xəstəni müalicə etmədi: “Qoy, ölsün!”

18 Fevral 2020 19:20
0 Şərh     Baxış: 2 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Perm vilayətində İİV (insanda immunçatışmazlığı virusu) xəstəsi həkimə müraciət edərək dərmanlarının bitdiyini deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İİV xəstələrinin hüquqlarını müdafiə edən qurumdan bildiriblər.

Qeyd edilir ki, koloniyada müalicə müddəti bitən xəstələrdən biri həkimə müraciət etsə də, həkim onu qəbul etməyib, üstəlik, təhqir edib.

O, xəstəyə uca səslə "dərhal stoldan kənara çəkil. Hamımızı yoluxduracaqsan!" deyərək qeydiyyat şöbəsinə qaçıb. Orada da həmin xəstə haqqında "qoy, tezliklə ölsün!" deyib.

Faktla bağlı araşdırma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.