Dünya

Türk alimlər Antarktidada elmi araşdırmalar aparacaqlar

19 Fevral 2020 08:06
0 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer, canlı və dəniz elmləri üzrə mütəxəssislərdən ibarət Türkiyənin Qütb Araşdırma İnstitutunun 24 nəfərlik heyəti Antarktidaya göndərilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank məlumat verib.

Bildirilib ki, elm adamları orada bir ay ərzində IV Beynəlxalq Antarktida Elm Səfəri çərçivəsində 15 layihə üzrə araşdırmalar aparacaqlar. Tədqiqatlar dünyadakı qlobal istiləşmə və iqlim dəyişikliyi kimi bir çox problemləri əhatə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.