Dünya

Yaponiya İmperatoru Naruhitonun doğum günü ilə əlaqədar təbrik mərasimi təxirə salınıb

17 Fevral 2020 22:12
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya İmperatorunun Ev Təsərrüfatı Agentliyi yeni koronavirusun yayılması ilə əlaqədar İmperator Naruhitonun fevralın 23-də təşkil olunması nəzərdə tutulan doğum günü tədbirini təxirə salıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, cari ilin mayında taxta çıxmış İmperator Naruhitonun monarx kimi ilk doğum günü tədbiri olacaqdı.

İmperator sarayında uzun illər davam edən ənənəyə görə, həmin gün İmperator Naruhito və İmperatriçə Masako ailənin digər üzvləri ilə birlikdə gün ərzində üç dəfə eyvana çıxaraq monarxı təbrikə gəlmiş insanları salamlamalı idilər.

Bu, tarixdə İmperatorun doğum günü mərasiminin təxirə salındığı ikinci haldır. İlk dəfə belə hadisə 1996-cı ildə, Perudakı Yaponiya səfirliyi əməkdaşlarının girov götürülməsi ilə əlaqədar yaşanan böhran zamanı baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.