Dünya

Doqquz yaşlı qız hovuzda batan iki yaşlı uşağı xilas etdi - VİDEO

17 Fevral 2020 12:15
1 Şərh     Baxış: 2 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Miçiqan ştatının Livoniya şəhərində doqquz yaşlı qızın diqqəti sayəsində hovuzda batan uşaq xilas olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlarda görünür ki, iki yaşlı uşaq hovuza düşür və batır. Hovuzda olan digərləri bunu görmürlər. Ancaq orada olan qız bunun fərqinə varır və uşağın xaç anasına deyir. Dərhal suya tullanan qadın uşağı çıxarır.

Kamera görüntülərinə əsasən demək olar ki, uşaq hovuzun dibində üç dəqiqədən artıq qalıb. 

Xoşbəxtlikdən oteldə həmin vaxt iki tibb bacısı olub. Onlar uşağa yardım edərək, həyatını xilas ediblər. Uşaq yerli xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.