Dünya

Üç postsovet ölkəsi Avropa İttifaqından pul istədi

16 Fevral 2020 13:29
0 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna, Gürcüstan və Moldova Avrokomissiyaya maliyyə yardımı xahişi ilə müraciət edib.

Ukraynanın xarici siyasət idarəsinin saytında bildirilir ki, məktub hər üç ölkənin Xarici İşlər nazirliklərinin başçıları tərəfindən imzalanıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, nazirlər yaxın yeddi il üçün büdcəni tərtib edərkən Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya prosesində həyata keçirdikləri və planlaşdırdıqları islahatların miqyası və ambisiyasını nəzərə almağı xahiş ediblər.

Onlar gələcəkdə dövlətlərin ehtiyaclarına resursların artırılmasının vacibliyini də qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.