Dünya

Ana körpəsi yatmır deyə onun başını dəfələrlə yatağa çırpıb, boğdu - FOTO

15 Fevral 2020 13:14
0 Şərh     Baxış: 1 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ana 1 yaş 4 aylıq körpəsinə yatmadığına görə işgəncə verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Minnesota ştatında yaşayan 27 yaşlı Chelsea Olinger adlı qadın vəhşiliyinə görə polis tərəfindən saxlanılıb.

O, yatmayıb, dayanmadan ağlayan körpəsinin başını dəfələrlə yatağın küncünə çırpıb. Qadın daha sonra yastıqla uşağı boğmağa çalışıb.

Ana daha sonra uşağını xəstəxanaya apararaq onun pilləkənlərdən yıxıldığını iddia edib. Həkimlər vəziyyətdən şübhələnərək məsələ ilə bağlı polisi məlumatlandırıblar.

Saxlanılan qadın ifadəsini dəyişmək məcburiyyətində qalıb. O, körpəni yatmadığına görə onun başını çarpayının küncünə çırpdığını etiraf edib.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.