Dünya

ABŞ-da prezident seçkiləri kampaniyasında ancaq ağdərili namizədlər qalıb

13 Fevral 2020 17:26
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Massaçusets ştatının sabiq qubernatoru Deval Patrik prezidentlik ambisiyalarından imtina edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunun kampaniyasının dayandırılmasına səbəb Nyu-Hempşir ştatında daxili partiya seçkilərində nəticələrinin aşağı olması olub. Praymerizdə Patrik son yerlərdən birini tutub.

63 yaşlı siyasətçinin bu qərarından sonra siyahıda qaradərili namizəd qalmayıb.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın yaxın müttəfiqi olan D.Patrik 2019-cu ilin noyabr ayında seçki yarışına qoşulub. Bunun üçün o, Bostonda "Bain Capital" investisiya şirkətinin icraedici direktoru vəzifəsini tərk etmişdi.

Hazırda Ağ Evə rəhbərlik uğrunda səkkiz demokrat namizəd mübarizə aparır: ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden, milyarder Maykl Blumberq, Saut-Bend şəhərinin sabiq meri Pit Butticiç, konqresmen Tulsi Habbard, senatorlar - Emi Klobuşar, Berni Sanders, Elizabet Uorren və milyarder Tomas Steyer.

ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabr ayına təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.