Dünya

İranın şimalında qar həyatı iflic etdi

11 Fevral 2020 18:29
4 Şərh     Baxış: 1 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın şimalında yerləşən Gilan vilayətində güclü qar nəticəsində 194 kəndin elektrik enerjisi kəsilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gilan regional elektrik şirkətinin icra direktoru Əzim Bülbülabadi deyib.

Ə.Bülbülabadinin sözlərinə görə, elektrik xətlərinə ciddi şəkildə ziyan dəydiyi üçün bir neçə rayonda paylayıcı stansiyaların fəaliyyəti dayandırılıb.

Hazırda Qəzvin-Rəşt magistral yolu bağlanıb. İran yol polisi Gilan vilayətinə səfər etməməyi məsləhət görüb.

İranın Ərdəbil vilayətinin Xalxal rayonu qubernatoru Firudin Babayi rayonun 142 kəndi ilə əlaqənin kəsildiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.