Dünya

Vyetnamda yeni növ koronavirusa yoluxanların sayı 15-ə çatıb

11 Fevral 2020 13:42
0 Şərh     Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vyetnamda yeni növ koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb, xəstələr arasında üç aylıq körpə də var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, üç aylıq körpə Yaponiya şirkətinin Çinin Uhan şəhərinə peşə təhsili üçün gedən əməkdaşlarından biri ilə ünsiyyətdə olan və virusa yoluxan bir xəstənin nəvəsidir.

Bildirilir ki, hazırda körpə anası ilə birlikdə karantində saxlanılır.

Xatırladaq ki, fevralın 1-i Vyetnamda yeni növ koronavirus epidemiyası elan edilib, ölkə Çin ilə uçuşları tamamilə dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb. 42638 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb və evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.