Dünya

Qəzzafinin devrilməsində Qurban bayramı amili...

9 Fevral 2020 15:18
0 Şərh     Baxış: 2 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Liviyanın hərbi qiyam nəticəsində 2011-ci ildə devrilərək öldürülən keçmiş lideri Müəmmər Qəzzafi ilə bağlı daha bir diqqət çəkən məlumat yayılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan Liviya Milli Keçid Şurasının keçmiş rəhbəri Mustafa Əbdülcəlil Qəzzafinin Qurban bayramının vaxtını dəyişdirməsinin xalqın küçələrə axışmasında ən əhəmiyyətli hadisə olduğunu bildirib.

"2011-ci ildə etiraz aksiyalarının şiddətli xarakter almasına əsas səbəb Qəzzafinin Qurban bayramının hacıların Ərəfatda olduğu gündən fərqli bir gündə qeyd edilməsi barədə əmr verməsi oldu. Gənclər ləyaqətli həyat üçün nümayiş təşkil etdilər. Qəzzafi onları "siçovullar "adlandırdı və hər yerdə izlənmələrini istədi", - Əbdülcəlil vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.