Dünya

Antarktidada tarixin ən yüksək temperaturu qeydə alınıb

7 Fevral 2020 21:08
0 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina meteoroloqları Antarktidada müşahidə tarixinin ən yüksək temperaturunu qeydə alıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Antarktidanın şimalında yerləşən və Argentinaya məxsus "Esperansa" elmi-tədqiqat stansiyasında -18,3 dərəcə temperatur qeydə alınıb. Bu, müşahidənin aparılmağa başlandığı 1961- ci ildən bəri ən yüksək temperaturdur.

Bundan əvvəlki rekord 2015-ci ilin martında qeydə alınmışdı. O zaman temperatur -17,5 dərəcə təşkil etmişdi.

Qeyd olunur ki, son 50 il ərzində Antarktidanın ortalama temperaturu 3 dərəcə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.