Dünya

İstanbulda təyyarə qəzası nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb - VİDEO - FOTO

6 Fevral 2020 05:31
8 Şərh     Baxış: 7 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

06.02.2020

05:31

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 3 nəfər həlak olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, 179 nəfər xəstəxanalara müraciət edib.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

-----------

00:20

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 1 nəfər həlak olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, daha 157 nəfər xəsarət alıb.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

-----------------

05.02.2020

23:59

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 139 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, qəzadan sonra 139 nəfər 18 fərqli xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

22:31

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, qəzadan sonra 120 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

22:07

İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada iki pilot ağır yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İstanbul valisi bildirib.

Qartal Təhsil Araşdırma Xəstəxanasının Baş həkimi deyib ki, xəstəxanaya 14 yaralı gətirilib, onlar yüngül xəsarət alıblar. Digər 32 yaralı isə başqa xəstəxanalara yerləşdirilib. 

Nəqliyyat və infrastruktur naziri Məhmət Cahit Turhan sərnişinlərin təxliyəsinin davam etdiyini bildirib. 

Qeyd edək ki, qəza baş verən zaman hava limanının Nəzarət Qülləsinin əməkdaşı ilə pilotlar arasındakı rabitə əlaqəsi olub. Səs yazısında təyyarənin sərt eniş etməsinə güclü küləyin səbəb olması ehtimal olunur. 

Hazırda təyyarənin qara qutusunun əldə edilməsinə cəhdlər edilir. 

İstanbul Baş Prokurorluğu qəza ilə bağlı araşdırmaya başlayıb.

21:10

İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava yollarına məxsus "Boeing 737-800" tipi  sərnişin təyyarəsinin sərt eniş etməsindən sonra 52 sərnişin yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İstanbul şəhər rəhbərliyi məlumat verib.

21:07

İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 52 nəfər xəsarət alıb.

20:11

İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, özəl aviaşirkətə məxsus təyyarə Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxaraq yanıb və parçalanıb.

Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib.

Təyyarənin İzmir-İstanbul aviareysini həyata keçirdiyi bildirilir.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.