Dünya

Portuqaliyada və Avropa İttifaqının daha 5 ölkəsində əməkhaqqı 10 il əvvəlkindən aşağıdır

6 Fevral 2020 08:07
0 Şərh     Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Həmkarlar İttifaqları Konfederasiyası (CES) bildirib ki, altı üzv dövlətin, o cümlədən Portuqaliyanın fəhlələri üçün əməkhaqqı paketləri, orta hesabla, 10 il əvvəlkindən aşağıdır, çünki bu ölkələrdə "böhran başa çatmayıb".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2010-cu illə müqayisədə 2019-cu ildə əməkhaqqı paketi Yunanıstanda 15 faiz, Kiprdə 7 faiz, Portuqaliya ilə İspaniyanın hər birində 4 faiz və İtaliyada 2 faiz aşağı olub.

CES baş katibinin müavini Ester Lanç Aİ-ni ittifaq ölkələrində əməkhaqqıların, xüsusən də minimum əməkhaqqının artmasına şərait yaratmaq üçün daha çox iş görməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.