Dünya

Çində sərnişin aviadaşımalarının həcmi 12,1% azalıb

5 Fevral 2020 08:59
0 Şərh     Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin milli aviaşirkətlərinin reyslərinin sayı yeni növ koronavirusa görə il ərzində 12,1% azalaraq 353,7 minə düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Mülkü Aviasiya İdarəsi məlumat verib.

Məlumata görə, 10 yanvar - 4 fevral tarixlərində Çin aviaşirkətlərinin təyyarələri 272,8 mindən çox daxili və 80,8 mindən çox beynəlxalq uçuşlar edib. Fevralın 4-nə olan məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə uçuşların sayı 63,8% azalıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 491 nəfərə, yoluxanların sayı isə 24,3 minə çatıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.