Dünya

Ananı bıçaqla, övladını boğaraq öldürdülər

4 Fevral 2020 20:30
0 Şərh     Baxış: 1 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İzmir şəhərində suriyalı hamilə qadın və azyaşlı oğlu qətlə yetirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Menemen rayonunda baş verən hadisə zamanı beş aylıq hamilə olan 35 yaşlı Manar Alahmed və beş yaşlı oğlu Məhəmməd C. yaşadıqları evdə ölü tapılıblar.

Qonşular hadisədən ailənin iki yaşlı uşağının ağlamaq səsini eşidəndən sonra xəbər tutublar.

Qadının altı bıçaq zərbəsi vurularaq, uşağın isə boğularaq öldürüldüyü məlum olub.

Hadisə baş verən zaman ailə başçısı Manar Alahmed işdə olub.

Faktla bağlı üç nəfər nəzarətə götürülüb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.