Dünya

18 ABŞ generalı öldürülüb - İDDİA

4 Fevral 2020 18:50
0 Şərh     Baxış: 1 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə ölən 18 hərbçi arasında Qasım Süleymaninin qətlinin təşkilatçısı da olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Əfqanıstanda vurulan təyyarədə 18 ABŞ generalı ilə bərabər, iranlı general Qasım Süleymaninin qətlinin təşkilatçısı Maykl D'andreanın (Ayətullah Mayk) da olduğu bildirilir.

Xəbərdə bildirilir ki, təyyarədə D'andreadan yüksək mövqeli bir hərbçi də olub. Lakin mənbə həmin şəxsin adını açıqlamır.

Qeyd edək ki, bununla bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, yanvarın 27-də Əfqanıstan səmasında "E-11A" hərbi təyyarəsi vurulub. Təyyarənin texniki səbəblərdən qəzaya uğraması barədə xəbər yayılsa da, sonradan "Taliban" üzvləri tərəfindən vurulduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.