Dünya

Moskvaya uçan təyyarənin pilotları dalaşdı - Ekipaj üzvləri dəyişdirildi

3 Fevral 2020 17:49
0 Şərh     Baxış: 1 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransadan Rusiyaya uçan təyyarədə pilotlar dalaşıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, "Air France" aviaşirkətinə məxsus təyyarənin Paris-Moskva reysində pilotlar arasında dava düşüb.

Xəbərdə bildirilir ki, zolaqda hərəkətə başlayan təyyarə sonradan geri dönüb.Bu zaman sərnişinlər pilotların olduğu kabinədə dava səsləri eşidiblər.

Nəticədə, ekipaj üzvləri dəyişdirilib və havaya qalxandan bir saat sonra, salonda olan aşağı temperatur səbəbindən təyyarə yenidən Parisə qayıdıb.

Sərnişinlər başqa təyyarə ilə Moskvaya yola salınıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.