Dünya

Tanzaniyada kilsədə izdiham zamanı 20 nəfər öldü

2 Fevral 2020 13:23
0 Şərh     Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanzaniyada kilsələrin birində izdihamda ən azı 20 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Frans Press" agentliyi bildirib.

Məlumata əsasən, hadisə kilsə xidməti zamanı baş verib. Xidmət yanvarın 2-si Moşi şəhərində yerləşən evangelist xristian kilsəsində keçirilib.

Şəhərin dairə komissarı Kippi Variobiya bildirib: "Hal-hazırda 20 nəfər həlak olub, ancaq yaralılar olduğu üçün ölənlərin sayı arta bilər".

İzdiham Tanzaniyada məşhur pastor Bonifasiy Mvamposanın xütbəsi zamanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory